23 May

Qədr grcəsinin mənası və əməlləri

Allah Təala Qədr gecəsinin fəziləti haqqında Quran-i Kərimdə belə buyurur:

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ

«Qədr gecəsi min aydan daha xeyirlidir»

Allah Təbarək və Təala bu mübarək ayələrlə bəndələrinə Qədr gecəsinin min aydan üstün olmasını göstərərək bu gecənin böyük fəzilətinə işarə edir. Qədr gecəsi yerinə yetirilən dini əməllərin savabı min ayın ibadətindən əldə edilən savabdan daha çoxdur və məhs bu gecə Allahın pak elçiləri – mələklər və mübarək ruh – Cəbrail (ə.s.) – Rəbbin izni ilə həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək hər bir işi icra etmək üçün Allah dərgahından əmrlər alaraq yerə enərlər. Bu elə fəzilətli bir gecədir ki, insan öz ibadəti ilə taleyini yaxşılığa doğru dəyişə bilər.

Qədr qecəsinin əməlləri:

1) Qüsl etmək və dəstəmaz almaq

2) Əhya saxlayıb Quranı başa qoyaraq dua etmək

3) Məscidə getmək

4) Tövbə etmək

5) Quran oxumaq

6) Mübarək Əhli Beyti (ə.s.) dualarda yad etmək

7) Qədr gecəsinin namazını qılmaq

8) Yüz rəkət namaz qılmaq

9) İmam Əli (ə.s) və imam Huseynin (ə.s) ziyarətini oxumaq

10) Salavat zikr etmək

11) Cövşən-kəbir duasını oxumaq

12) İxlas surəsini oxumaq

Tags: