29 May

2019-cu ildə Moskva İslam Mərkəzindəmübarək Ramazan ayının üçüncü qədr gecəsi.

Moskva İslam mərkəzində Azərbaycan,Əfqanıstan və Tacikistan Əhli-beyt(ə) aşiqlərinin iştirakı ilə üçüncü qədr gecəsi keçirildi.

Bu gecədə Ali Məqamlı Rəhərin Rusiyya federasiyası üzrə nümayəndəsi və Moskva İslam mərkəzinin rəisi Höccətül İslam vəl müslimin Əkbəri Ciddi cənabları moizə etdi,ardınca əzadarlıq məclisi və ”Cövşən Kəbir” duası oxunaraq başa Quran qoyma mərasimi keçirildi.

Bu gecə həmçinin Höccətül İslam vəl müslimin hacı Abuzər azərbaycan dilində Qüds günü barəsində danışaraq dedi:Qüds günü dünya müsəlmanlarının vəhdətini möhkəmləndirərək onları müştərək hədəfə çatmaqda birləşdirir.O,həmçinin bildirdi ki,Qüds günü mərhum İmam Xomeynin(r.ə) dəyərli yadigarıdır və bu gün dünya millətlərinin oyandığı,sionizm rejiminin və dünya zalımlarının rüsvay olan günüdür.

Moskva Islam mərkəzinin digər salonunda da əfqanıstan müsəlmanları üçün qərd gecəsi keçirilmişdir. Moskva İslam mərkəzinin rəisi Höccətül İslam vəl müslimin Əkbəri Ciddi cənabları moizə edərək bu gecə və onun əməlləri barəsində danışdı.

Səfirliyin Xatəmul Ənbiya(s) məscidində də iranlı həmvətənlilərimiz və müsəlmanlar üçündə Höccətül İslam vəl müslimin hacı Əbdullahinin iştirakı ilə qədr gecəsi keçirilmişdir.

Tags: