21 Aug

Qədir Xum bayramı 2019

Zülhiccə ayının 18-də  Qədir Xum bayramı qeyd edildi.. Bayram avqust ayının iyirmisinə təsadüf etdi və təmtərahlı şəkildə Rysiyanın fərqli milliyətlərindən ibarət müsəlmanlarının iştirakı ilə qeyd edildi.  Moskva İslam Mərkəzinə İrandan, Azərbaycandan və diqər millətlərdən olan qonaqlar təşrif gətirdi. Mərasim Qurani-Kərim tilavəti ilə başlandı. Məclisin dəvamında höccətül islam  Hacı Asif Bağırov çıxış edərək müsəlmanları təbrik etdi və qonaqlara imamət və vilayətin mühümlüyü haqqında danışdı. Onun ardıyca qonaqlar hüzurunda hörmətli ruhani höccətül islam Seyyid ağa Təhmasibi çıxış edərək eləcə də vilayətin İslamda mövqeyi haqqında danışdı. Mərasimin sonunda Möhtərəm Ayətullah Sistani ağanın Rusyadakı nümayəndəsi Ağa Mosuli çıxış edərək məclis əhlini təbrik etdi. Ağa Mosuli öz çıxışında Qədir Xumla bağlı hadisələrini nəql edərək Peyğəmbərin (s) vida Həccindəki xütbəsini xüsusi vurğuladı,  bu hadisənin nəsldən nəslə ötürməyin vacibliyini qeyd etdi. Programda eləcə də Əli (ə) üstün xüsusiyyətlərini ehtiva edən ilahilər də səsləndi. Camaat namazından sonra qonaqlar bayram süfrəsinə dəvət olundular. Bunu da qeyd edək ki, məclisin böyük qismini fars dilli qonaqlar təşkil etdiyi üçün , mərasim eləcə də fars dilində qeyd edildi. Bu mübarək bayram eləcə də İran İslam Respublikasının səfirliyi nəzdnində  olan “Xatəmul Ənbiya” məscidində də təşkil edildi.

Tags: