25 May

2019-cu ildə Moskva İslam Mərkəzindəmübarək Ramazan ayının birinci qədr gecəsi.

Ramazan,Allahın rəhmət və bərəkət,günahların bağışlanması ayıdır.Bu ay Allah yanında,aylarınn ən üsdünü,onun günləri,gecələri və saatları isə digər ayların gün,gecə və saatlarından dahada üsdündür.Bu bir aydır ki,möminlər Allahın qonaqlığına dəvət olunaraq Allahın kəramətinə layiq görülmüşlər.Moskva İslam mərkəzində də digər dünya müsəlmanları kimi oruc tutan möminlərin iştirakı ilə qədr gecəsini ibadət və ilahi razu-niyazla əhya saxladılar.

Mübarək Ramazan ayının 19-cu gecəsində,Moskva  İslam mərkəzi ismət və təharət sahibi olan yüzlərlə Əhli-beyt(ə) aşiqlərinin oraya gələrək Allahla razu-niyazının, ilahi yaxınlıqlarının şahidi oldu.

Mənəviyyatla dolu qədr gecəsində Moskva möminləri,əzəmətli ”Cövşən Kəbir” duasını oxuyaraq dualar etdilər.Bu mübarək gecənin əhəmmiyyəti və ilahi rəhmət barədə azərbaycan və rus dillərində moizələr olundu.Sonda isə məsum imamlarımızdan(ə) nəql olunan və bu gecənin mühüm əməllərindən biri hesab edilən,Allaha və on dörd məsuma(ə) təəssül edərək başa Quran qoyma mərasimi keirildi.

Moskva İslam mərkəzinin digər salonunda əfqanıstan və fars dilli müsəlmanlar üçündə Höccətül İslam vəl muslimin Rüstəminin iştirakı ilə qərd gecəsi məclisi təşkil olunmuşdur.

Tags: