12 Sep

Moskva İslam Mərkəzində Aşura məclisi 2019

Moskva İslam mərkəzində İmam Hüseyn (ə) Aşura müsibəti ilə əlaqədər yas mərasimi keçirildi.

Sentyabr ayının onuncu gününə təsadüf edən Məhərrəm ayının onunda, Moskva şiələri və İmam Hüseyn (ə) ardıcılları Moskva İslam mərkəzində toplandılar. Bu matəm mərasimində şiələr İmam (ə) və əshabının Kərbəla çölündə vida namazını xatırlayıb rövzə oxuyaraq zöhr namazı qıldılar. Camaat namazının pişnəmazı ali məqamli rəhbər Seyyid Əli Hüseyn Xamanei ağanın Rusyadakı rəsmi nümayəndəsi, Höccətül İslam vəl Muslimin ağa Əkbəri Ciddi oldu. Namazın ardıyca Aşura ziyarəti oxundu daha sonra müsəlmanlar Müqəddəs Qurani-Kərim tilavəti dinlədilər. Mərasimin dəvamında Höccətül İslam vəl Muslimin ağa Furuği xütbə oxudu. Eləcə də mərasimdə məddah ağa Əli Kərimi və Həsən Fəthi çıxış edərək öz mərsiyyələri ilə əzadarların qəlblərini kövrəltdilər. Bundan əlavə Aşura əzadarları gecə 01:00-dan etibarən əhya saxlayıb, sinəyə vurub, Höccətül İslam vəl Muslimin ağa Yusifnecatın da xütbəsini dinlədilər. Aşuranın səhəri günündə ibadətgahda toplanan məclis iştirakçıları saat 9:00-dan 12:00 -dək əza məclisində iştirak edib, azərbaycan dilində səslənən rövzə və mərsiyyələr dinlədilər.
Ötən illərdə olduğu kimi bu ildə İslam Mərkəzində Aşura faciəsindən bəhs edən şəbeh məclisi təşkil edildi. Şəbehdə Həzrət Əbulfəzl Abbas (ə) həyatı, şəhadəti və Xanım Zeynəb (ə)-mın müsibətləri canlandırıldı. Şəbeh əzadarların könüllərini o qədər fəth etdi ki, bir çoxları bu səhnələri ayaqüstü izlədilər. İslam Mərkəzində təşkil edilən mərasimlə yanaşı, İran İslam Respublikasının posolluğu nəzdnində olan Xatəmul-Ənbiyya məscidində də İmam Hüseyn (ə) Kərbəla müsibətinə həsr edilən məclislər təşkil olundu. Bu mübarək əzalı 10 gün müddətində məclisə İrandan və Əfqanistandan olan Əhli-Beyt (ə) ardıcılları da qatıldı. Məclisə təşrif gətirən müsəlmanlar Ağa İftiharinin xütbələrini dinləyib məddah Ağa Şaniyanın mərsiyyələri ilə qəlblərini kövrəltdilər.

Tags: