28 Oct

Moskva İslam mərkəzində Həzrəti Peyğəmbər(s),İmam Həsən(ə) və İmam Rzanın(ə) şəhadət məclisi.

Moskva İslam Mərkəzində bazar günü axşam 27/10/2019 tarixində Rusiyada yaşayan Əhli-beyt(ə) aşiqlərinin işdirakı ilə əziz İslam Peyğəmbəri Həzrəti Mühəmmədin(s), İmam Həsən Müctəbanın(ə) və İmam Rzanın(ə) şəhadəti münasinıti ilə əzadarlıq məclisi keçirilmişdir.
Məclis Moskva İslam mərkəzinin rəisi,Ali Məqamlı Rəhbərin Rusiya fedarasiyasında  səlahiyyətli nümayəndəsi olan Höccətül İslam vəl Müslimin Sabir Əkbəri Ciddi cənablarının imaməti ilə qılınan camaat namazından sonra Quran tilavəti ilə başladı.Məclisdə Höccətül İslam vəl Muslimin Seyyid Rəşid Talıbov əziz İslam Peyğəmbərinin həyatından və O Həzrətin dəyərli xüsusiyyətlərindən danışdı.O həmçinin İmam Rzanın(ə) dövründə müsəlmanların mədəni və ictimai vəziyytindən,onların hidayət olunmasında olan rolundan danışdı.
Moskva Xatəmul Ənbiya(s) məscidi və Beytuz-Zəhra(s.ə) səfər ayının axırlarında Əhli-beyt(ə) matəm saxlayaraq aşiqlərinə mizbanlıq etmişdirlər. Məclisin xətibi Moskva İslam mərkəzinin rəisi,Ali Məqamlı Rəhbərin Rusiya fedarasiyasında  səlahiyyətli nümayəndəsi olan Höccətül İslam vəl Müslimin Sabir Əkbəri Ciddi cənabları olmuşdur.O insanın məqamından və əsl insanlığa çatmağın yollarından,bu yolda qəlbin xüsusi işdirakından və onun mərtəbələrindən danışaraq bunlardan xüsusilə insanın cavan yaşlarında istifadə etməyi vurğulamışdır.Bu məclisdə digər xətiblərdəİmam Həsən(ə) və İmam Rzanın(ə) həyatlarından danışaraq onların insanlar üçün ülgü olduğunu buyurdular.Məclus Əhli-beyt(ə) məddahlarının mərsiyyə və növhələri ilə yekunlaşdı.

Tags: