08 Jan

General Qasim Süleymaninin Moskavda anma mərasimi

Moskvada İran İslam Respublikasının səfirliyində terrorizmlə mübarizə edən şöhrətli Şəhid General Qasim Süleymaninin və yoldaşlarının anım mərasimi keçirildi.

Bu əzəmətli mərasim rusiyada yaşayan iranlıların,azərbaycanlıların,iraqlıların,ərəblərin,əfqanıstanlıların,tacikistanlıların və həmçinin rusların iştirakı ilə keçirildi.İİR-nın Rusiyadakı səfiri Doktor Kazım Cəlali şəhid Qasim Süleymaninin şəxsiyyəti barəsində danışaraq onun İslam üçün etdiyi fədakarlıqların əvəzi olaraq əcrinin yalnız şəhadət ola biləcəyini vurğuladı.

Bu mərasimdə Ali Məqamlı Rəhərin Rusiyya federasiyası üzrə nümayəndəsi və Moskva İslam mərkəzinin rəisi Höccətül İslam vəl müslimin Əkbəri Ciddi,rusiyada yaşayan əfqanlıların nümayəndəsi və Moskva Əhli-beyt(ə) cəmiyyətinin sədri çıxış edərək bu şəhidin rəşadət və fədakarlıqlarından danışdılar.Sonda Əhli-beyt(ə) məddahları azəri və fars dillərində mərsiyyələr oxudular.

Bu münasibətlə Moskva İslam mərkəzinin hüseyniyyəsində də rus,azəri,əfqan və iranlı şiələrin iştiraı ilə izdihamlı məclis keçirildi.Məclisdə çıxış edənlər müqavimət yolunun himayət olunmasından,cinayətakar amerika və şər siyonistlərin terrorizmlə mübarizə edən general şəhid Qasim Süleymaninin şəhid edilməsini məhkum etdilər.

Tags: