22 Jan

Moskva İslam Mərkəzi rəisinin Fatimiyyə günlərində Rusiyanın Kirov şəhərinə səfəri 2020

Xanım Fatimənin(ə) şəhadəti münasibəti ilə dindanrların və Kirov şəhərinin müfdisi Zufar Qalyulinin rəsmi dəvəti ilə ali məqamlı rəhbərin Rusiya fedarasiyasındakı nümayəndəsi və Moskva İslam mərkəzinin rəisi Höccətul islam vəl müslimin Əkbəri Ciddi cənabları iki günlük səfərdə bu şəhərdə təşkil olunmuş mərasim və görüşlərdə iştirak etdirlər.

Kirov şəhərinin şiələrinin Hüseyniyyəsində təşkil olunmuş iki günlük mərasimdə  müfdi, Moskva İslam mərkəzinin rəisi Höccətul islam vəl müslimin Əkbəri Ciddi cənabları və rus dilində çıxışlar oldu sonda isə Əhli-beyt(ə) məddahları mərsiyyə və növhələr oxudular.Mərasimdən qabaq məclis içtirakçıları dini,əqidəvi,ictima,siyasi və son zaman baş vermiş hadisələr barəsində suallar səsləndirdilər ki, ali məqamlı rəhbərin Rusiyadakı nümayəndəsi sualları cavablandırdılar.

Moskva İslam mərkəzinin rəisi Höccətul islam vəl müslimin Əkbəri Ciddi cənabları Kirov şəhərinin müfdisi Zufar Qalyulinin ilə görüşdükdən sonra Kirov şəhərinin məscidində Cümə namazında iştirak etdilər.Kirov şəhərinin qubernatorunun müavini və bir neçə rəsmi şəxlərlə görüşdən sonra Kirov şəhərinin dövlət kitabxanasında olduqdan sonra “Exo Moskva” radio kanalında müfdinin işdirakı ilə canlı verlişdə oldular.

Tags: