14 Jul

Moskva islam mərkızində İmam Əli ibni Musər-Rzanın(ə) mövlud tədbiri. 2019

İmam Rzanın(ə) mövlud tədbiri O həzrətin viladət axşamında təşkil oldu.Mövlud tədbirində O həzrətin həyatı və şəxsiyyətinin uca məqamı barəsində mövlud iştirakçılarına danışıldı.
Moskva islam mərkəzinin rəisi Höccətül islam vəl-müslimin Əkbəri Ciddi cənabları mövlud işdirakçılarınl təbrik edərək “Vilayət” məsələsinin cəmiyyət və insanın həyatda əhəmmiyyəti barəsində xüsusi olaraq danışdı.
O “Vilayət”in islam inqilabının mühüm sütunu olmasına işarə edərək dedi:Fəqihin vilayəti məsumun vilayəti istiqamətindədir.Baxmayaraq ki,vəliyyi fəqihin mənəvi məqamının dərəcəsi ilə məsum imamın və peyğəmbərin ismət və mənəvi məqamı arasında çox fasiləsi var və müqayisə olunmazdır,vəliyyi fəüihin vəzifəsi həmən imamın vəzifəsidir.Möminlərində vəzifəsi imamın və peğəmbərin zamanında olduğu kimi ondan itaət etməkdir.
Məclisdə İranın İsfahan şəhərindən olan beynəlxalq “Fələq” təvaşi qrupuda iştirak edirdi.Onların Həzrət barəsində oxuduqları mədhiyyələr məclis iştirakmılarının könlünü oxşadı.Məclisin sonunda höccətül islam Əkkbəri Ciddi cənablarının imaməti ilə şam və işa namazları qılındı və möminlər İmam Rzanın(ə) ehsan süfrəsinə dəvər olundular.
Həmçinin bu mövlud münasibəti ilə İran İslam respublikasının Moskvadakı səfirliyinin Xatəmul Ənbiya(s) məscidindədə tədbir keçirildi.Bu məclisdə İran İslam respublikasının rəsmi təşkilatlarının məsulları,işçiləri və moskvada sakin olan müsəlmanlar iştirak edirdilər.

Tags: