27 May

Moskva İslam mərkəzində mübarək Ramazan ayının ikinci qədr gecəsi.

Mübarək Ramazan ayının ikinci qədr gecəsi və möminlərin əmiri imam Əlinin(ə) şəhadəti məclisi moskvada yaşayan,xüsusən azərbaycan və əfqanıstan Əhli-beyt(ə) aşiqlərinin iştirakı ilə Moskva İslam mərkəzində keçirildi.
Möminlər bu gecə möminlərin əmiri Əlinin(ə) şəhadəti ilə bağlı mərsiyyə və nöhələr,Quran,Cövşən Kəbir,Mucir,Aşura ziyarətini oxuyraq əzadarlıq,Allahla razu-niyaz və dualar etdilər.
Höccətül islam vəl müslimin Hacı Əbdullahi cənabları bu gecənin fəzilətləri barədə danışdı.Sonra isə rus və fars dillərində söhbətlərdə oldu və Moskva İslam mərkəzinin rəisi höccətül islam vəl müslimin Sabir Əkbəri Ciddi cənablarının başçılığı ilə başa Quran qoyma mərasimi keçirildi.Möminlər on dörd məsuma(ə) təvəssül edərək müsəlmanlar üçün dualar etdilər.
Sonda rus dilində “Əli(ə) Allahın qılıncı” adlı səhnəcik gösdərildi.

 

Tags: