10 Jan

Moskva İslam Mərkəzində təhsil mədəniyyət düşərgəsi 2020

Moskva İslam Mərkəzində təhsil mədəniyyət düşərgəsi 2020

2020-ci il yavar ayının birindən Moskva İslam mərkəzində, oğlanlar və qızlar üçün səkkiz günlük islam tərbiyəsi,Quran və Quran anlayışı islami həyat bacarıqları, özünü inkişaf etdirmə və.s əsaslarında təhsil mədəniyyət düşərgəsi keçirildi.Bu təhsil mədəniyyət düşərgəsi Rusiyada yaşayan uşaq və yeniyetmələr üçün “Kövsər” düşərgəsi tərəfindən Moskva İslam mərkəzinin dəstəyi ilə qış tətilində keçirilmişdir.Burada …….. nəfərdən çox Rusiya və Rusiyada yaşayan Azərbaycan,Əfqanıstan,Tacikistan ölkələrindən 9 və 15 yaş arasında uşaqlar yeniyetmələr iştirak etmişdir.Bu düşərgə işdirakçıları üçün idman müsabiqələri,sağlamlıq və səhiyyə təlimləri,əxlaq və şəriət məsələləri dərsləri,islam maarifi kimi Mədəniyyət və təhsil proqramları nəzərdə tutulmuşdur.Düşərgə yeniyetmələrin Quran tilavəti, müqəddəs kitabdan bəzi ayələrin təfsirinin bəyanı,rus dilində Əhli-beytdən(ə) hədislərin qiraəti və müəllimlərin təşkil etdiyi hədiyyəli viktorina ilə sona çatdı.Yekun olaraq yeniyetmələr islam şəhidi general Qasim Süleymaninin xatirəsini yad edərək şeirlər səsləndirdilər.

Tags: