20 Oct

Moskva İslam Mərkəzində İmam Hüseyinin(ə) Ərbəin  mərasimi-2019

Şənbə günü Moskva İslam mərkəzində Yüzlərlə müxtəlif millətlərin iştirakı ilə İmam Hüseyin(ə) və kərbəla şəhidlərinin mirası olan qiyamını qoruyub saxlamaq üçün Ərbəin məclisi keçirildi.Məclis Rusiyada yaşayan İran,Azərbaycan və Əqanistan müsəlmanlarının iştirakı və Moskva İslam mərkəzinin rəisi,Ali Məqamlı Rəhbərin Rusiya fedarasiyasında  səlahiyyətli nümayəndəsi olan Höccətül İslam vəl Müslimin Sabir Əkbəri Ciddi cənablarının imaməti ilə qılınan camaat namazından sonra başladı.

Tehranın imam cüməsi və tanınmış azəri mənşəli əxlaq ustadlarından olan Ayətullah Siddiqi cənablarının və Əhli-Beyt(ə) məddahlarının çıxışı,həmçinin Ərbəin ziyarətnaməsinin oxunması bu mərasimin proqramlarından idi.

Ayətullah Siddiqi cənabları İmam Hüseyin(ə) əzadarlarına Ərbəini, ali şəhadət mədəniyyətini tanıdan və müqavimət simvolu olduğunu təsvir edərək buyurdu:Bu dəyərli və ali mədəniyyətdir ki,bu gün hərəm müdafiəçilərini və ilahi şəhidləri və həmçinin şəhid Höcəcini islama təqdim edir.İmam Hüseyin(ə) və Kərbəla şəhidləri,təkcə şiə və müsəlmanlar üçün deyil bəlkə bütün azadlıq sevənlər üçün ilham mənşəyidirlər.

O əlavə edərək dedi:Rusiyanın paytaxtında,müxtəlif millətlərin İmam Hüseyinə(ə) və Kərbəla şəhidlərinə öz bağlılıqlarını bildirmək üçün yığışmaları və əzadarlıq etmələri,o deməkdir ki,Aşura və Kərbəla qiyamı,özünün dəyərli əsərini bəşəriyyət tarixinin zirvələrinə  qeyd etmişdir.

Şəhidlər ağası İmam Hüseyinin(ə) və Kərbəla şəhidlərinin Ərbəin gecəsi həmçinin İİR Səfirliyinin Xatəmul Ənbiya(s) məscidində  rusiyada yaşayan iranlı,azərbaycanlı,tacikisdan və əfqanısdan müsəlmanlarının işdirakı və Tehranın müvəqqəti imam cüməsi Ayətullah Kazım Siddiqi cənablarının çıxışı ilə keçirildi.Məclisdə İİR-nın rusiyadakı səfiri Məhdi Sənayidə işdirak edirdi.Məclis işdirakçıları məğri və işa namazlarından sonra Ərbəin ziyarətini oxuyaraq əzadarlıq etdilər.

Tags: